“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Şəki rayonuna ekskursiya təşkil olunub

20/06/2026, 11:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Şəmkir rayon Rövşən İsmayılov adına Xuluf kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ölkəmizin qədim tarixə, zəngin mədəni irsə və füsunkar təbiətə malik bölgələrindən biri olan Şəki rayonuna ekskursiya edib.


Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlıq və həmrəyliyin daha da gücləndirilməsi, eyni zamanda Azərbaycanın turizm potensialı, tarixi-mədəni abidələri və milli-mənəvi dəyərləri ilə yaxından tanışlığın təmin olunması olub.


Ekskursiya çərçivəsində iştirakçılar Şəki rayonunun tarixi və görməli məkanlarını ziyarət edərək bölgənin zəngin mədəni irsi, qədim memarlıq nümunələri və turizm imkanları haqqında ətraflı məlumat əldə ediblər.

Yüksək əhval-ruhiyyə şəraitində keçən səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və kollektiv üzvlərinin yaddaşında xoş təəssüratlarla qalıb.


Səfərin sonunda məktəb kollektivi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sosial rifahının yüksəldilməsi və mənəvi istirahətinin təmin olunmasına göstərdiyi diqqət və qayğıya görə təşkilatçılara öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: