Xəbərlər
Təhsil işçiləri üçün Şəki rayonuna ekskursiya təşkil olunub
15/08/2026, 17:10

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 15 avqust 2026-cı il tarixində Şəmkir şəhəri 7 nömrəli körpələr evi-uşaq bağçasnın kollektivi üçün Şəki rayonuna birgünlük tur təşkil edilib
Ekskursiya iştirakçıları səfər çərçivəsində tarixi və əlamətdar məkanları ziyarət edərək həmin ərazilərin zəngin tarixi və mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.
İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür maarifləndirici və sosial əhəmiyyətli tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.





