“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Şəki və Qax rayonlarına birgünlük ekskursiya təşkil olunub.

06/07/2026, 17:24
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Faiq İsmayılov adına Mollagüllər kənd ümumi orta məktəbinin kollektivi üçün Şəki və Qax rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində iştirakçılar Şəki və Qax rayonlarının tarixi, mədəni və təbii görməli məkanlarını ziyarət edərək bölgələrin zəngin turizm potensialı ilə yaxından tanış olublar. Füsunkar təbiət mənzərələri və maraqlı ekskursiya proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektiv üzvlərinin birgə istirahəti və ünsiyyətinin daha da möhkəmlənməsinə töhfə verib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətlərinin təmin olunması istiqamətində bu cür tədbirlərin keçirilməsini bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: