“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Şəki Yaylasında yaddaqalan ekskursiya.

13/07/2026, 15:10
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayon Qarağacı kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Şəki şəhərinə və Şəki Yaylasına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin tarixi və görməli məkanlarını ziyarət edib, Şəki Yaylasının gözəl təbiəti, saf havası və əsrarəngiz mənzərəsindən zövq alıblar. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və onlarda xoş təəssüratlar yaradıb.

Qarağacı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi onlar üçün yaradılan bu mənalı istirahət və ekskursiya imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: