Xəbərlər
Təhsil işçiləri üçün yaddaqalan Qəbələ–İsmayıllı səfəri

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Alacadırlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının dəstəklənməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Qəbələ və İsmayıllı rayonlarının füsunkar təbiəti, tarixi-mədəni məkanları və görməli yerləri ilə yaxından tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar.
Ekskursiya iştirakçıları onlar üçün yaradılan bu səmimi və maraqlı istirahət imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsini arzulayıblar.




