“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri yubiley münasibəti ilə təbrik edildi.

02/04/2026, 15:14
xeber1

Bərdə şəhər 8 saylı tam orta ümumtəhsil məktəbinin müəllimləri Qurbanova Məlahət Aslan qızı və Məmmədova Zərifə Məmməd qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli və məktəbin pedaqoji kollektivi iştirak ediblər. Çıxış edənlər yubilyar müəllimlərin uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətlərindən, yetişdirdikləri şagirdlərin uğurlarından və onların pedaqoji təcrübəsindən bəhs ediblər.

Qeyd olunub ki, Qurbanova Məlahət Aslan qızı və Məmmədova Zərifə Məmməd qızı şagirdlərə göstərdikləri diqqət və qayğı ilə hər zaman seçiliblər və kollektivin hörmətini qazanıblar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən yubilyarlara 65 illik yubileyləri münasibətilə fəxri fərman və hədiyyələr təqdim olunub, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: