“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri yubiley münasibətilə təbrik edildi.

13/11/2025, 17:07
xeber1

Bərdə rayonu İlyas Hümbətov adına Soğanverdilər kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Hümbətova Dilşad Şura qızı və məktəbin kitabxana müdiri Ələsgərova İrəxşəndə Əhəd qızı 65 illik yubileyləri münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsi tərəfindən təbrik olunublar.

Yubilyarlara uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə təşəkkür bildirilib və Həmkarlar İttifaqı tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji fəaliyyətindən, məktəbin inkişafına verdikləri töhfələrdən danışaraq onlara möhkəm sağlamlıq, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: