“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərimiz tennisdə respublika üçüncüsü oldu – qürur duyuruq!

30/12/2025, 15:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Bakı şəhər rayonları arasında keçirilən tennis birinciliyində üçüncü yeri tutan Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçiləri üçün mükafatlandırma tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli rayonda son dövrlərdə idmanın müxtəlif növləri üzrə təhsil işçilərinin qazandığı uğurlardan danışıb. O, xüsusilə Bolqarıstanda keçirilən beynəlxalq şahmat yarışında ittifaqımızın üzvü, 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdi-Zadənin birinci yeri tutaraq Azərbaycan təhsil işçilərinə şərəf gətirdiyini vurğulayıb.

Bakı birinciliyində tennis üzrə üçüncü yeri qazanan komandanın üzvləri – Samir Mehdi-Zadə, Aytən Niyazova, Samir Ağamalıyev və Məhərrəm Nəcəfova fəxri fərmanlar və medallar təqdim olunub.

Tədbirdə çıxış edən Samir Mehdi-Zadə onlara göstərilən yüksək qiymətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səhib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin minnətdarlığını bildirib.

Tədbir idman və təhsil işçilərinin nailiyyətlərinin yüksək səviyyədə qiymətləndirildiyi isti və səmimi mühitdə keçirilib.

Belə tədbirlər təhsil işçiləri arasında idmanın inkişafına və sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: