“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinə göstərilən diqqət və qayğı

06/07/2026, 07:22
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə respublikanın müxtəlif bölgələrində təhsil işçilərinin mənalı istirahətinin təşkili, onların asudə vaxtının səmərəli keçirilməsi və yüksək şəraitlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərə görə səmimi minnətdarlığımızı bildiririk.

İstirahətə göndərilən Ağstafa rayonunun təhsil işçiləri adından qeyd edirik ki, yaradılan rahat və nümunəvi şərait müəllimlər tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır. Təhsil işçilərinə göstərilən bu diqqət və qayğı onların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir. Belə sosial layihələr müəllimlərin mənəvi motivasiyasının yüksəlməsinə, sağlam istirahət etmələrinə və fəaliyyətlərini daha böyük həvəslə davam etdirmələrinə mühüm töhfə verir.Bu nəcib təşəbbüsə və təhsil işçilərinə göstərilən davamlı qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, eləcə də Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinə Ağstafa Rayon Komitəsi və istirahət proqramından yararlanan bütün təhsil işçiləri adından dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildiririk. İnanırıq ki, müəllimlərin sosial rifahına xidmət edən bu cür faydalı layihələr gələcəkdə də uğurla davam etdiriləcək və daha çox təhsil işçisi bu qayğıdan bəhrələnəcəkdir

Gallery Image

Sosial şəbəkələrdə paylaş: