Xəbərlər
Təhsil işçilərini bir araya gətirən Qusar rayonu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin həyata keçirdiyi sosial layihələr çərçivəsində Bakı şəhəri 79 nömrəli körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı üzvləri üçün Qusar rayonuna birgünlük ekskursiya təşkil olunub.
Səfər proqramı iştirakçılara gündəlik iş prosesindən qısa müddətə uzaqlaşaraq mənəvi istirahət etmək, asudə vaxtlarını səmərəli keçirmək və kollektiv daxilində səmimi ünsiyyəti daha da möhkəmləndirmək imkanı yaradıb. Gün ərzində bağça əməkdaşları xoş ovqatda vaxt keçirərək zəngin təəssüratlarla geri qayıdıblar.
Bu cür layihələrin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial rifahının dəstəklənməsi, mənəvi istirahətlərinin təşviqi, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və sağlam əmək mühitinin formalaşmasına töhfə verməkdir.
Səfərin sonunda bağça kollektivi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə təşəkkürlərini bildirib. İştirakçılar belə təşəbbüslərin iş motivasiyasını artırdığını, kollektivdə müsbət əhval-ruhiyyənin formalaşmasına və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.






