Xəbərlər
Təhsil işçilərini bir araya gətirən stolüstü tennis turniri keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş stolüstü tennis turniri keçirilib. Yarış yüksək səviyyədə təşkil olunub, iştirakçılar fəallıq nümayiş etdirərək oyunlarda böyük maraq və əzmkarlıqla çıxış ediblər.
Turnirin əsas məqsədi Ümummilli Liderin əziz xatirəsini yad etmək, həmkarlar arasında ünsiyyətin genişlənməsinə şərait yaratmaq və kollektivlər arasında həmrəyliyi daha da gücləndirmək olub. Turnir yalnız idman yarışı kimi deyil, eyni zamanda təhsil işçiləri arasında dostluq münasibətlərinin möhkəmləndirildiyi, qarşılıqlı dəstək və birlik ruhunun hiss olunduğu bir platforma kimi yadda qalıb.











