Xəbərlər
Təhsil işçilərinin 65 illik yubileyi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi olaraq Aşağı Kəsəmən kənd tam orta məktəbinin təcrübəli müəllimləri Qurbanova Tamaş Məşədi qızı və Nəsibova Sevda Müseyib qızının 65 illik yubileyləri münasibətilə kollektivlə görüş keçirərək yubilyarları təbrik etdik. Görüş zamanı Elvira Əfəndiyeva yubilyar müəllimlərin uzun illər ərzində təhsilin inkişafına, gənc nəslin bilikli, vətənpərvər və savadlı ruhda yetişdirilməsinə verdikləri dəyərli töhfələri xüsusi vurğulamış, onların zəhmətinin hər zaman yüksək qiymətləndirildiyini qeyd etmişdir. Yubilyarlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbir çərçivəsində məktəbin müəllim kollektivi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab Ilham Əliyevə,
Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə dərin minnətdarlıqlarını bildirmiş, həmkarlar ittifaqının təhsil işçilərinə göstərdiyi davamlı dəstəyin yüksək dəyər daşıdığını qeyd etdilər. Görüş xoş və səmimi ab-hava şəraitində keçdi, yubilyar müəllimlərə xatirə hədiyyələri təqdim olundu, xatirə şəkilləri çəkildi.





