Xəbərlər
Təhsil işçilərinin 65 illik yubileyi keçirildi

Göyçay rayonu Sahil Musayev adına Şəkər kənd tam orta ümumtəhsil məktəbinin təhsil işçiləri Rüstəmova Dilbər Kamal qızı və Yəhyayev Məhəmməd Ağasəməd oğlunun 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndələri yubilyarları əlamətdar gün münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və xoşbəxt həyat arzulayıblar.
Tədbirdə qeyd olunub ki, hər iki yubilyar uzun illər ərzində təhsil sahəsində vicdanla çalışaraq məktəbin və kollektivin inkişafına dəyərli töhfələr verib, həmkarları və şagirdlər arasında böyük hörmət qazanıblar.
Yubiley münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən Rüstəmova Dilbər Kamal qızına və Yəhyayev Məhəmməd Ağasəməd oğluna təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
ETİHİ Göyçay Rayon Komitəsi yubilyarlara bundan sonrakı həyatlarında da uğurlar, sağlamlıq və ailə səadəti arzulayır






