“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin 65 yaş yubileyi münasibətilə təltifetmə mərasimi keçirilmişdir.

09/01/2026, 10:05
xeber1

Təhsil işçilərinin 65 yaş yubileyi münasibətilə təltifetmə mərasimi keçirilmişdirBərdə rayonu Kətəlparaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əliyeva Qənirə Xuduş qızı və Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin kiçik xidmətedici işçisi Rzayeva Telli Vəliyət qızı 65 yaş yubileyləri münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunmuşlar.

Təltifetmə zamanı onların uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və ictimai işlərdə fəallığı yüksək qiymətləndirilmişdir.

Yubiley münasibətilə komitə sədri hər iki təhsil işçisinə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: