“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili istiqamətində növbəti ekskursiya keçirilib.

29/06/2026, 16:40
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Qasımbəyli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Hacıkənd və Göygöl rayonuna birgünlük ekskursiya təşkil olunub.

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin zəngin təbii irsi ilə yaxından tanış olmaları məqsədi daşıyan ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində kollektiv üzvləri Hacıkəndin füsunkar təbiətini seyr edib, daha sonra Göygölün əsrarəngiz təbiəti və görməli məkanları ilə tanış olublar. Ekskursiya iştirakçılara xoş təəssüratlar bəxş edib, onların asudə vaxtının səmərəli və maraqlı keçməsinə şərait yaradıb.

Səfərin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya, yüksək səviyyədə təşkil olunan ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.

ETİHİ Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və kollektiv həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.

Sosial şəbəkələrdə paylaş: