“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili istiqamətində növbəti tədbir keçirilib

06/07/2026, 17:11
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd ümumi orta məktəbinin kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda onların ölkəmizin zəngin təbiəti, tarixi və turizm məkanları ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər çərçivəsində iştirakçılar Qəbələ və İsmayıllının görməli və füsunkar məkanlarını ziyarət edərək bölgələrin zəngin təbiəti və turizm imkanları ilə tanış olublar. Ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektivin istirahətinin səmərəli təşkili və əməkdaşlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində bu cür tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: