“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili istiqamətində növbəti təşəbbüs

29/07/2026, 14:57
xeber1

Şamaxı rayon Muğanlı kənd tam orta məktəbinin kollektivi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin təşəbbüsü ilə Quba rayonuna istirahət səfərinə yollanıb.

Təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi-psixoloji dəstəyin gücləndirilməsi məqsədilə həyata keçirilən səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfər çərçivəsində müəllimlər Qubanın füsunkar təbiətini seyr edib, bölgənin tarixi-mədəni irsi, görməli məkanları və turizm potensialı ilə yaxından tanış olublar.

Belə sosial layihələr təhsil işçilərinin istirahət imkanlarının genişləndirilməsi ilə yanaşı, kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsinə, işgüzar motivasiyanın artırılmasına və əmək fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verir.

Səfərdə iştirak edən həmkarlar onlar üçün yaradılmış yüksək şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, həmçinin təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: