Xəbərlər
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili məqsədilə ekskursiya təşkil edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta ümumtəhsil məktəbinin təhsil işçiləri üçün İsmayıllı və Qəbələ rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar İsmayıllı və Qəbələ rayonlarının zəngin təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılarına bölgələrin tarixi və turizm potensialı haqqında ətraflı məlumat verilib. Gün ərzində xoş təəssüratlar və səmimi ünsiyyət şəraitində keçən səfər təhsil işçiləri tərəfindən böyük məmnunluqla qarşılanıb.
Təhsil işçiləri onlar üçün yaradılan bu istirahət və ekskursiya imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə sosial layihələrin davamlı olmasının kollektivin motivasiyasına və işgüzar ruhunun yüksəlməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.





