Xəbərlər
Təhsil işçilərinin istirahəti davam edir

Ağcabədi Rayon R. Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbinin direktoru Tapdıq Behbudov əmək məzuniyyətindən səmərəli istifadə edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışların əldə olunması üçün yaradılmış e-AHİK rəqəmsal platforması vasitəsilə Günəşli sanatoriyasına yollayış əldə edib.
Hazırda həmkarlar ittifaqının fəal üzvü Tapdıq müəllim Günəşli sanatoriyasında istirahət edir.
Görüş zamanı o, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə AHİK və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına dərin minnətdarlığını bildirib.
“Müəllimlərə göstərilən diqqət və qayğıya görə AHİK və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz dərin minnətdarlığımı bildirirəm.”
Xoş istirahətlər, Tapdıq müəllim! Sizə sağlamlıq, xoş ovqat və unudulmaz istirahət arzulayırıq!








