Xəbərlər
Təhsil işçilərinin istirahəti davam edir
06/08/2026, 15:16

Ağcabədi şəhər Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi, həmkarlar təşkilatının fəal üzvü Qasımzadə Gülsüm müəllim vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə və həmkarlar ittifaqının fəaliyyətində fəal iştirakına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Gülsüm müəllim ailə üzvləri ilə birlikdə Nabran Təhsil İstirahət Mərkəzində səmərəli istirahət edərək xoş və unudulmaz təəssüratlarla doğma Ağcabədiyə qayıdıb.
Gülsüm müəllim, Sizə yeni tədris ilində möhkəm cansağlığı, pedaqoji fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq!










