“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin Lənkəran səfəri təşkil olunub

21/06/2026, 10:41
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay şəhər Məmməd Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Azərbaycanın füsunkar və zəngin təbiətə malik bölgələrindən olan Lənkəran rayonuna ekskursiya səfəri həyata keçirib.


Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin tarixi, mədəni və turizm potensialı ilə yaxından tanışlıq olub.


Ekskursiya zamanı iştirakçılar Lənkəranın görməli yerlərini ziyarət edib, rayonun zəngin təbiəti, tarixi-mədəni irsi və turizm məkanları haqqında ətraflı məlumat əldə ediblər. Səfər iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.


ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: