Xəbərlər
Təhsil işçilərinin Novruz sevinci: 242 nömrəli məktəb kollektivi

Elm və Təhsil İşçiləri Nizami Rayon Komitəsinin dəstəyi ilə üzv təşkilatlarından olan 242 nömrəli tam orta məktəbin kollektivi üçün Novruz Bayramı münasibətilə möhtəşəm tədbir təşkil olunub.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin və bərəkətin rəmzi olan Novruz bayramı məktəb kollektivi tərəfindən böyük coşqu ilə qeyd edilib. Tədbirdə yazın gəlişini müjdələyən rəngarəng çıxışlar, milli musiqilər və qədim adət-ənənələrimiz nümayiş etdirilib."Novruz təkcə təbiətin oyanışı deyil, həm də qəlblərin təzələnməsi, mehribanlığın rəmzidir. Bu cür tədbirlər kollektivimizdə bayram ruhunu yaşatmaqla yanaşı, işçi motivasiyasını da yüksəldir."
Məktəb rəhbərliyi və kollektivi təhsil işçilərinə göstərilən diqqət və qayğıya, eləcə də bayram sevincini bölüşmək üçün yaradılan şəraitə görə Elm və Təhsil İşçiləri Nizami Rayon Komitəsinə öz dərin təşəkkürünü bildirib.




