Xəbərlər
Təhsil işçilərinin Qarabağa növbəti səfəri təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 28 iyun 2026-cı il tarixində Şəmkir şəhəri Nəriman Nərimanov adına tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağa birgünlük ekskursiya təşkil edilib.
Ekskursiya təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eyni zamanda onları Qarabağın tarixi, mədəni irsi və işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri ilə yaxından tanış etmək məqsədi daşıyıb.
Səfər zamanı iştirakçılar bölgənin görməli məkanlarını ziyarət edib, aparılan abadlıq və yenidənqurma işlərini yerində izləyərək yaddaqalan təəssüratlar qazanıblar.
Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl imkan münasibətilə təşkilatçılara təşəkkürlərini bildirərək göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.








