Xəbərlər
Təhsil işçilərinin Quba gəzintisi
02/06/2026, 23:53

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 106 nömrəli tam orta məktəbin əməkdaşları Quba rayonuna təşkil olunmuş səfərdə iştirak ediblər.
Səfər zamanı iştirakçılar Qubanın zəngin təbiəti, tarixi məkanları və gözəl mənzərələri ilə tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar.
Bu cür tədbirlər təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində həmrəyliyin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.





