“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin Şəkiyə maarifləndirici və istirahət səfəri

02/06/2026, 15:22
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə 01 iyun 2026-cı il tarixdə Ağcabədi rayonunda yerləşən Ağdam rayonunun 45 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi asudə vaxtlarının səmərəli təşkili və kollektiv ruhun gücləndirilməsi məqsədilə Şəki şəhərinə maarifləndirici və istirahət xarakterli tur həyata keçirmişdir.

Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin füsunkar təbiəti, tarixi-mədəni abidələri və bölgənin zəngin turizm imkanları ilə yaxından tanış olmuşlar. Tur zamanı kollektiv üzvləri Şəkinin ən məşhur tarixi-memarlıq abidələrindən biri olan Şəki Xan Sarayını ziyarət etmiş, sarayın zəngin tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə məlumat əldə etmişlər. Həmçinin iştirakçılar Şəki Yaylasında olmuş, bölgənin əsrarəngiz təbiətindən və təmiz dağ havasından zövq almışlar.

Eyni zamanda, bu tur təhsil işçilərinin asudə vaxtlarının səmərəli və mənalı təşkili, kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və əməkdaşlıq ruhunun daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu cür tədbirlər pedaqoji kollektiv arasında həm əməkdaşlıq ruhunun möhkəmlənməsinə, həm də motivasiyanın yüksəlməsinə töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: