Xəbərlər
Təhsil işçilərinin səmərəli istirahəti davam edir
06/07/2026, 18:24

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşəbbüsü ilə H.Məmmədov adına Qaradolaq kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvlərinin Göy göl şəhərinə səmərəli istirahətləri təmin olundu.
Bu təşəbbüs təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili və sosial rifahının yüksəldilməsinə xidmət edir.
İstirahət edən həmkarlar yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini ifadə ediblər.







