Xəbərlər
Təhsil işçilərinin səmərəli istirahəti davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin təşəbbüsü ilə Şamaxı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvləri üçün Qarabağa istirahət səfəri təşkil olunub.
Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunan bu səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfər zamanı üzvlər Qarabağın füsunkar təbiəti, tarixi-mədəni abidələri və son illərdə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi tərəfindən reallaşdırılan bu təşəbbüs təhsil işçilərinin mənalı istirahətinin təmin olunmasına, onların əmək motivasiyasının artırılmasına, kollektiv həmrəyliyinin möhkəmləndirilməsinə və sosial rifahının yüksəldilməsinə xidmət edir.
İstirahətdə iştirak edən həmkarlar onlar üçün yaradılan yüksək şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, eləcə də bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə səmimi minnətdarlıqlarını ifadə ediblər.






