“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin səmərəli istirahəti davam edir

13/07/2026, 12:53
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşəbbüsü ilə Poladlı kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvləri üçün Qax şəhərinə istirahət turu təşkil olunub.

Tur iştirakçıları Qax şəhərinin tarixi abidələri, müasir şəhərsalma infrastrukturu ilə tanış olub, eyni zamanda füsunkar təbiət mənzərələri fonunda səmərəli istirahət ediblər.

Bu təşəbbüs təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə, onların sosial rifahının yüksəldilməsinə və sağlam istirahətinin təmin olunmasına xidmət edir.

İstirahət edən həmkarlar yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: