Xəbərlər
Təhsil işçilərinin səmərəli istirahəti davam edir
16/07/2026, 12:39

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən müəllimlər üçün təqdim olunan istirahət paketləri çərçivəsində təhsil işçilərinin səmərəli istirahəti təşkil edilir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzvləri hazırda Nabran qəsəbəsində yerləşən “Şahdağ” İstirahət Mərkəzində istirahət edirlər.
İstirahət edən həmkarlar ittifaqı üzvləri onlar üçün yaradılmış şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.






