“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin səmərəli istirahəti davam edir

14/08/2026, 12:47
xeber1

Ağcabədi Rayon Qiyaməddinli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Haqverdiyev Hüsən Atamoğlan oğlu əmək məzuniyyətindən səmərəli istifadə edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışların əldə olunması üçün yaradılmış e-AHİK rəqəmsal platforması vasitəsilə Bilgəh Kardioloji Sanatoriyasına yollayış əldə edib.

Hazırda həmkarlar ittifaqının üzvü Hüsən müəllim Bilgəh Kardioloji Sanatoriyasında istirahət edir.


Həmkarlar Təşkilatının fəal üzvü , təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə AHİK və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürünü bildirib.

Xoş istirahətlər, Hüsən müəllim! Sizə sağlamlıq, xoş ovqat və unudulmaz istirahət arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: