Xəbərlər
Təhsil işçilərinin sentyabr konfransı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon təhsil sektorunun təhsil işçilərinin ənənəvi sentyabr konfransının ilk günü keçirilib.
Konfrans çərçivəsində ötən tədris ilinin nəticələri təhlil olunub, yeni tədris ili üçün qarşıda duran əsas hədəflər və prioritet istiqamətlər müəyyənləşdirilib. Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınması və məktəb–valideyn əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin hər bir məktəbin qarşılaşdığı problemlərin ayrıca təhlil edilməsinin, ümumi yanaşmadan daha çox, mövcud vəziyyətə uyğun konkret və səmərəli həll yollarının müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, konfrans iki gün davam edəcək. İkinci gün fənlər üzrə ayrı-ayrı panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.









