Xəbərlər
Təhsil işçilərinin sentyabr konfransı
2 Sentyabr 2026-cı ildə Daşkəsən rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin sentyabr konfransı öz işinə başlayıb. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov və təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, müəllimlər və şəhid ailəsi üzvləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi və şəhid Anar Mürsəlovun adını daşıyan Daşkəsən şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində olan abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirələrinə ehtiram bildirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.



