Xəbərlər
Təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Avqustun 31-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayonu təhsil işçilərinin 2026–2027-ci tədris ili üzrə sentyabr konfransları keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətin baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Elməddin Bəşirov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Misir Ənvərli , təhsil müəssisələrinin direktorları, müavinləri, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin müdirləri, metodistlər və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Konfransda Bərdə rayon təhsil sektorunun aparıcı məsləhətçisi Kənan Rüstəmov tərəfindən ötən tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər haqqında hesabatlar təqdim edilib və qarşıda duran məsələlər müzakirə edilib. Yeni tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətlər diqqətə çatdırılıb.
Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr vurğulanıb.
Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.







