“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin stirahəti davam edir

14/08/2026, 12:41
xeber1

Ağcabədi Rayon Avşar kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin direktor müavini Səfiyyar Ağayev əmək məzuniyyətindən səmərəli istifadə edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışların əldə olunması üçün yaradılmış e-AHİK rəqəmsal platforması vasitəsilə Abşeron sağlamlıq mərkəzinə yollayış əldə edib.

Hazırda həmkarlar ittifaqının üzvü Səfiyyar müəllim Abşeron sağlamlıq mərkəzinə istirahət edir.


Görüş zamanı o, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə AHİK və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürünü bildirib.

Xoş istirahətlər, Səfiyyar müəllim! Sizə sağlamlıq, xoş ovqat və unudulmaz istirahət arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: