“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin Şuşa və Xankəndiyə səfəri təşkil edilib

22/06/2026, 09:58
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Xosrov Cəfərov adına Alpout kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Azərbaycanın tarixi və mədəniyyət beşiyi olan Şuşa şəhərinə, eləcə də Xankəndi şəhərinə səfər edib.


Səfərin əsas məqsədi təhsil işçilərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olması, milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi olub.


Səfər iştirakçıları Şuşa şəhərinin tarixi-mədəni abidələrini ziyarət edib, şəhərdə həyata keçirilən yenidənqurma işlərini izləyiblər. Daha sonra Xankəndi şəhərinə səfər edən kollektiv burada müşahidə etdikləri inkişaf və quruculuq proseslərini böyük maraqla qarşılayıb.


Məktəb kollektivi belə mənalı və yaddaqalan səfərin təşkilinə görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürünü bildirib, bu cür tədbirlərin təhsil işçilərinin dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: