Xəbərlər
Təhsil işçilərinin Toğanalıya ekskursiyası

Ağdam rayonu 148 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağdam Rayon Komitəsinin dəstəyi ilə Toğanalıya mənalı və xoş istirahət günü keçirdilər.
İstirahət proqramı iştirakçılara gündəlik iş qayğılarından uzaqlaşaraq dincəlmək, həmkarlar arasında mehriban ünsiyyəti və kollektiv həmrəyliyi daha da möhkəmləndirmək imkanı yaratmışdır. Kollektiv üzvləri onlar üçün yaradılan yüksək səviyyəli şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə edərək, təhsil işçilərinin sosial rifahının və asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin böyük əhəmiyyət daşıdığını vurğuladılar





