“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin yubileyi qeyd olundu

14/06/2025, 12:48
xeber1

2024–2025-ci tədris ilinin sona yetməsi münasibətilə ölkəmizin bütün bölgələrində “Son zəng” tədbirləri keçirilib. Minlərlə məzun məktəb həyatına vida edərək yeni bir mərhələyə qədəm qoyub. Hər bir məzunun yetişməsində mühüm rolu olan müəllimlər üçün də bu gün olduqca məsuliyyətli və duyğulu bir gündür. ATİAHİ Quba Rayon Komitəsinin sədri Vüsalə Kərimova Zərdabi qəsəbə Bayram Şıxəmirov adına tam orta məktəbdə təşkil olunmuş “Son zəng” tədbirində iştirak edib, məzunlara və onların üzərində əməyi olan pedaqoji heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində məktəbin ictimai həyatında fəal iştirak edən və bu əlamətdar gündə xüsusilə seçilən təhsil işçilərindən Dilarə Dehqani 65 illik yubileyi münasibətilə fəxri fərman, gül buketi və pul mükafatı ilə, Mobil Əhmədov isə təşəkkürnamə ilə təltif olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: