“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçilərinin yubileyi qeyd olundu.

25/06/2026, 09:25
xeber1

Bərdə rayonu Göyüş Qarayev adına Mustafaağalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Cavadova Rəna Qiyas qızının və məktəbin psixoloqu Mustafayev Azay Nadir oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin əməkdaşları məktəbdə olaraq yubilyarları təbrik ediblər. Tədbirdə onların təhsil sahəsində uzunillik səmərəli fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərdən və məktəbin ictimai həyatındakı fəal iştiraklarından bəhs olunub.

Çıxış edənlər Rəna Cavadova və Azay Mustafayevə gələcək həyatlarında uğurlar, möhkəm cansağlığı və xoşbəxt ömür arzulayıblar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən yubilyarlara 65 illik yubileyləri münasibətilə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Yubilyarlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: