Xəbərlər
Təhsil işçilərinin yubileyləri qeyd olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən yubiley yaşına çatmış əməkdaşlarla görüş keçirilib.
Görüşdə təhsil işçilərinin əmək fəaliyyətləri, təhsil sisteminin inkişafına verdikləri töhfələr və göstərdikləri xidmətlər yüksək qiymətləndirilib. Yubilyarlar təbrik olunub, onlara diqqət və qayğının ifadəsi olaraq sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirdə ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov iştirak edərək yubilyarları təbrik edib, hər bir təhsil işçisinin zəhmətinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Bu cür tədbirlər təhsil işçilərinin əməyinə verilən dəyərin, onların fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasının göstəricisidir.





