Xəbərlər
Təhsil işçisinə doğum günü təbriki

Bu gün Göyçay rayonu Elnur Seyidov adına Ulaşlı Şıxlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Mahmudova Aynur xanımın doğum günüdür.
Bu əlamətdar gün münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi Mahmudova Aynur xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və firavan həyat arzulayır.
İnanırıq ki, Aynur xanımın təhsil sahəsindəki səmərəli fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və məsuliyyətli rəhbərliyi bundan sonra da uğurla davam edəcək, rəhbərlik etdiyi təhsil müəssisəsi yeni nailiyyətlərə imza atacaqdır.
ETİHİ Göyçay Rayon Komitəsi Mahmudova Aynur xanıma gələcək fəaliyyətində yeni-yeni uğurlar, həyata keçirdiyi bütün işlərdə müvəffəqiyyət, şəxsi həyatında sevinc və xoş günlər arzulayır.
Doğum gününüz mübarək olsun, hörmətli Aynur xanım! Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə daim uğurlar diləyirik.



