Xəbərlər
Təhsil işçisinə fəxri fərman təqdim olundu
18/09/2026, 11:38

Bərdədə müəllimin 65 illik yubileyi qeyd olunub.
Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Quliyev Telman Nəsib oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Quliyev Telmana Fəxri Fərman və hədiyyə təqdim edilib.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Quliyev Telman göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.




