Xəbərlər
Təhsil işçisinin 65 illik yubileyi qeyd olunub
14/09/2026, 16:23

Bərdə rayon İntiqam Həsənov adına Uğurbəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Kamalə İbrahimovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Kamalə İbrahimovanın təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti, müəllimlik peşəsinə sədaqəti və şagirdlərin təlim-tərbiyəsində xidmətləri qeyd olunub.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Kamalə İbrahimovaya Fəxri Fərman və qiymətli hədiyyə təqdim edilib.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.





