“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil müəssiələrində çalışmanın yaş həddinə çatmış ittifaq üzvləri təltif olunub.

25/02/2026, 16:20
xeber1

"Həmkara dəstək" layihəsi çərçivəsində ETİHİ Salyan Rayon Komitəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış ittifaq üzvlərinin 65 illik yubiley tədbirləri keçirilib.

Bu məqsədlə rayonun bir neçə təhsil müəssisəsində keçirilən tədbirlərdə yubiley yaşına çatmış müəllimlər mükafatlandırılıb.

Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş şərəfli peşə sahibləri haqda kollektiv üzvləri çıxıs edərək xoş sözlər söyləyib, xatirələr yada salınıb.

Yubilyarlar göstərilən diqqət və dəyərə görə minnətdarlıqlarını bildirərək, ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə və iş yoldaşlarina gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: