“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil müəssisələrində 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib

15/09/2026, 15:35
xeber1

15 sentyabr 2026-cı il tarixdə Oğuz rayonunun təhsil müəssisələrində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz Rayon Təhsil Sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsi, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının nümayəndələri, şəhid ailələri, valideynlər və təhsil işçiləri iştirak ediblər.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər – məktəb rəhbərliyi və qonaqlar yeni tədris ilinin başlaması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışlar. Çıxışlarda gənc nəslin savadlı, vətənpərvər bir şəxsiyyət kimi yetişməsində təhsil ocaqlarının xüsusi yeri olduğu qeyd olunmuşdur.

Tədbirin sonunda yeni tədris ilinin bütün müəllim və şagirdlər üçün uğurlu, yaddaqalan və nailiyyətlərlə zəngin olması arzulanıb.

Bayramınız mübarək, əziz təhsil işçiləri!


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: