Xəbərlər
Təhsil müəssisələrində anım tədbirləri keçirilib
12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olan təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anıldığı tədbirlər çərçivəsində şəhərin müxtəlif təhsil müəssisələrində xatirə guşələri ziyarət olunub, dahi liderin dövlətçiliyimizin möhkəmlənməsi, təhsilin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində misilsiz xidmətlərindən bəhs edən çıxışlar səsləndirilib.
Tədbirlər zamanı müəllim və şagird kollektivi Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar izləyib, ədəbi-bədii kompozisiyalar təqdim olunub, həmçinin məktəblərdə Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə mövzuya dair maarifləndirici söhbətlər aparılıb.
Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Şəki Rayonu üzrə Təhsil Sektorunun rəhbərliyi və əməkdaşları çıxış edərək, Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini, onun ideyalarının ölkəmizin inkişafına rəhbərlik edən Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə reallaşdırıldığını vurğulayıblar.
Xatırladaq ki,bu cür tədbirlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı,gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsinə xidmət edən əhəmiyyətli maarifləndirici fəaliyyət kimi dəyərləndirilir



