Xəbərlər
Təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Oğuz rayonu tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində və körpələr evi–uşaq bağçalarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə silsilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ETİH Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, müəssisə rəhbərləri və pedaqoji heyət iştirak etmişdir.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında məlumat verilib, bu əlamətdar günün azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirlərdə çıxış edən natiqlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbriklərini çatdıraraq iştirakçılara ən xoş arzularını bildiriblər.









