“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil müəssisələrində çalışan işçilərin hüquq və mənafelərinin müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması həmkarlar ittifaqı təşkilatının əsas vəzifələrindən biridir.

21/10/2025, 10:16
xeber1

Təhsil müəssisələrində çalışan işçilərin hüquq və mənafelərinin müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması həmkarlar ittifaqı təşkilatının əsas vəzifələrindən biridir. Bu istiqamətdə fəaliyyətimizin davamı olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi bir neçə məktəbdə müəllim və texniki işçi heyəti ilə görüşlər keçiridi. Görüşlər zamanı kollektivin qarşılaşdığı problemlər, əmək münasibətləri, əmək hüquqları, iş şəraiti, sosial təminatlar və həmkarlar ittifaqının üzvlərinə qayğı və dəstək məsələləri müzakirə olundu. Verilən suallar diqqətlə dinlənildi, ətraflı şəkildə cavablandırıldı. Səmimi şəraitdə keçən bu görüş təhsil işçilərinin qayğılarını yerində öyrənmək, həmdə onların təklif və iradlarını dinləməkdən ibarət idi. Belə görüşlər həmkarlar ittifaqı ilə üzvlər arasında daha sıx əməkdaşlıq qurulmasına töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: