Xəbərlər
Təhsil müəssisələrində Kollektiv Müqavilələr imzalanıb
01/12/2025, 18:32

Zərdab rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilələr imzalanıb. Müqavilələr müəssisə rəhbərləri ilə ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri arasında bağlanıb.
Müqavilələrdə əsas etibarilə əmək münasibətlərinin hüquqi tənzimlənməsi, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması kimi məsələlər öz əksini tapıb.
Kollektiv Müqavilələrin imzalanması işçilərin hüquqlarının qorunması və əmək münasibətlərinin tənzimlənməsi baxımdan mühüm əhəmiyyət daşıyır.







