“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil müəssisələrində müəllim kollektivləri üçün Yeni il tədbirləri təşkil olunub

05/01/2026, 12:39
xeber1

N. Qardaşları adına 36 nömrəli tam orta məktəb, 82 nömrəli tam orta məktəb, S. Yolçuyev adına 207 nömrəli tam orta məktəb, “Ankara məktəbi” məktəb-liseyi və S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müəllim kollektivləri üçün bayram tədbirləri təşkil olunub.

Hər bir təhsil müəssisəsində keçirilən tədbirlər çərçivəsində müəllimlər səmimi və xoş atmosferdə bir araya gələrək əylənib, unudulmaz anlar yaşayıblar. Bayram əhval-ruhiyyəsi, musiqi və qarşılıqlı ünsiyyət tədbirlərə xüsusi rəng qatıb.

Bu təşəbbüslər müəllim kollektivləri arasında həmrəyliyin, birlik və komanda ruhunun güclənməsinə xidmət edir. Yeni ilin hər kəsə sağlamlıq, uğur və yeni nailiyyətlər gətirməsini arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: