Xəbərlər
Təhsil müəssisələrində yeni seçilmiş həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsində təhsil müəssisələrində yeni seçilmiş həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi yeni seçilmiş həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə qarşıda duran vəzifələri müzakirə etmək, ittifaq üzvləri arasında aparılan işlərin təşkili, əmək qanunvericiliyinə əməl olunması, kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, gündəlik fəaliyyətin iş planına uyğun qurulması, həmçinin ittifaq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Görüş zamanı həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərlə işin səmərəli təşkili və onların sosial hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilib.
Əlilliyi olan həmkarlar ittifaqı üzvlərinin əməkhaqqına əlavələr
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış kollektiv sazişin əhatə etdiyi müəssisələrdə çalışan həmkarlar ittifaqı üzvülərinə aid olması bildirildi.
Bundan əlavə, ittifaq üzvləri elektron rezervasiya sistemi ilə tanış olaraq sanatoriya və istirahət mərkəzlərinə yollayış əldə edə bilərlər. Bu prosesdə məktəb həmkarlar ittifaqı təşkilatlarının sədrləri ittifaq üzvlərinə yaxından köməklik göstərməlidirlər.
Yeni seçilmiş həmkarlar ittifaqı təşkilatlarının sədrləri:
Şükürova Aygün Natiq qızı
Vəliyeva Sahibə Aydın qızı
Həmidova Humay Fəryaz qızı
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından hər birinizə fəaliyyətinizdə uğurlar arzulayırıq!






